NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

Azərbaycanla Xorvatiya arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə həsr olunan tədbir keçirilib

...

Bakıda Azərbaycan və Xorvatiya arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə həsr olunmuş tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbir Xorvatiya Turizm İcması tərəfindən təşkil olunub.
Açılışda Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç çıxış edib. O qeyd edib ki, səfirlik də turist axınını artırmaq üçün Zaqreb və Bakı arasında əlaqələr yaratmağa çalışır.
“Bu sektor iki xalqın daha da yaxınlaşmasına imkan verəcək. İstər mentalitet, istərsə də tarix olsun, çoxlu ortaq cəhətlərimiz var”, - Zebiç söyləyib.
Onun sözlərinə görə, Azərbaycan və Xorvatiya arasında əlaqələr möhkəmlənir, lakin ölkələrin üzərində işləməli olduğu tərəflər də var.
“Bir səfir kimi mənim üçün azərbaycanlılar və xorvatların bir-birini daha çox görməsini təşkil etmək vacib olardı. Çünki bu, ölkələrimiz arasında əməkdaşlığı da dərinləşdirəcək”, - səfir fikrini tamamlayıb.

Nəşr edilib : 04.12.2024 21:04