AzMİ nümayəndəsi COOMET-in prezident şurasının növ...
18:43 20.04.2026
0
0
0
NAXÇIVAN :
20 Aprel 2026, Bazar ertəsi
Aprelin 20-də xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində keçirilən BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Thonqsavan Fomvihan ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Laos Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi, diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi məmnunluqla xatırlanıb.
İki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb. Bu çərçivədə Orta Dəhlizin əhəmiyyəti vurğulanıb.
Laos naziri təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu çərçivədə Bakıda təhsil almış Iaoslulardan ibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının yaradıldığını bildirib.
Tərəflər, həmçinin Yaxın Şərqdə vəziyyətdən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı (NAM), Laosun üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər xəbərlər