Azərbaycan və Çin elektrik enerjisi ötürmə şəbəkəs...
14:19 10.09.2026
0
0
0
NAXÇIVAN :
10 Sentyabr 2026, Cümə axşamı
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, professor Qurban Yetirmişli Özbəkistan Elmlər Akademiyasının G. O. Mavlonov adına Seysmologiya İnstitutunun təşkilatçılığı ilə sentyabrın 8-12-də Daşkənd şəhərində keçirilən işçi görüşlərdə iştirak etmək üçün həmin ölkədə səfərdədir.
Bu barədə RSXM-in Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi Özbəkistan Elmlər Akademiyasının Seysmologiya İnstitutu ilə RSXM arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn perspektivli elmi əməkdaşlıq istiqamətlərinin müzakirə edilməsi, seysmologiya, seysmoloji monitorinq, seysmogen proseslərinin öyrənilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eləcə də zəlzələlərin proqnozlaşdırılması sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə müzakirələrin aparılmasıdır.
Səfəri çərçivəsində professor Qurban Yetirmişli G. O. Mavlonov adına Seysmologiya İnstitutunun direktoru, geologiya-mineralogiya elmlər doktoru, professor Vaxitxan İsmailovla görüşüb.
Görüşdə Azərbaycan və Özbəkistanın qardaş və müttəfiq ölkələr olduğu qeyd edilərək, hər iki dövlətin seysmoloji mərkəzləri arasında geniş əməkdaşlığın mövcud olduğu vurğulanıb. Bildirilib ki, iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə mühüm addımlar atılır. Azərbaycan və Özbəkistan seysmoloqlarının birgə əməkdaşlığı həm ikitərəfli qaydada, həm də beynəlxalq seysmoloji təşkilatlar çərçivəsində davam etdirilir.
Digər xəbərlər