NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Azərbaycanın qızlardan ibarət basketbol millisi MDB Oyunlarında gümüş medal qazanıb

...

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə qızların yarışına yekun vurulub.
"Şərq qapısı" xəbər verir ki, finalda Azərbaycan və Rusiya yığmaları qarşılaşıb. Görüş rəqibin 19:13 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Azərbaycan millisi gümüş medalla kifayətlənib. Oğlanlardan ibarət yığma isə yarışı 4-cü sırada başa vurub.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Nəşr edilib : 06.10.2025 19:59