Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Nyu-Yorkda BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində konfrans keçirilir.
"Şərq qapısı" xəbər verir ki, konfransda Azərbaycan vətəndaş cəmiyyətlərini “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva və təşkilatın İdarə Heyətinin üzvü, rəqəmsal yaradıcı Günay Həsənova təmsil edirlər.
Martın 19-a qədər davam edəcək konfransda Azərbaycan nümayəndələri beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə bir sıra görüş və müzakirələr keçiriblər. Müzakirələr zamanı “Qadınların ədalətə çıxışında mədəniyyətin rolu” mövzusuna üstünlük verilib. Həmçinin qadın hüquqlarının müdafiəsi, mədəniyyətin sosial ədalətin təşviqində rolu və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Konfrans çərçivəsində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi ilə iki beynəlxalq QHT arasında əməkdaşlıq memorandumu imzalanıb. Həmin sənədlər gələcəkdə qadınların hüquqlarının qorunması, mədəniyyətlərarası dialoq və sosial layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Azərbaycan QHT təmsilçiləri martın 13-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi yan tədbirə də qoşulublar. Tədbirdə qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, gender bərabərliyinin təşviqi və beynəlxalq əməkdaşlığın inkişafı mövzularında müzakirələr aparılıb.
Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi sədrinin Nyu-Yorka səfərini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyələşdirib.
Digər xəbərlər