Daniele Violetti: İndiyədək aparılan müzakirələrdə...
13:10 09.09.2026
0
0
0
Sentyabrın 10-dan 13-dək Belarusun paytaxtı Minskdə kayak və kanoe üzrə "Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku" beynəlxalq yarışı keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) idmançıları da yarışda iştirak edəcəklər.
Ölkəmizi yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək.
Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançılara böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.
Digər xəbərlər