Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Cari ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən idxal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 30 milyard 212,3 milyon dollar, o cümlədən ixracın dəyəri 17 milyard 448,4 milyon dollar, idxalın dəyəri 12 milyar 763,9 milyon dollar təşkil edib, nəticədə 4684,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 2,3 faiz, real ifadədə 5,2 faiz, o cümlədən idxal 2,2 faiz, ixrac isə 7 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 88,5 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, İsrail, Almaniya, Avstraliya, Hindistan, Çexiya, ABŞ, Xorvatiya, Birləşmiş Krallıq, Yunanıstan, Portuqaliya, Bolqarıstan, Gürcüstan, İran, Rumıniya, Ukrayna, Belarus, İsveçrə, Türkmənistan, Tailand və Koreya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Çinin, 17,1 faizi Rusiyanın, 11,8 faizi Türkiyənin, 7,1 faizi Avstraliyanın, 5,1 faizi ABŞ-ın, 4,2 faizi Almaniyanın, 3,1 faizi İranın, 2,7 faizi İtaliyanın, hər biri 2,1 faiz olmaqla Belarus və Koreyanın, 1,9 faizi Yaponiyanın, 1,8 faizi Türkmənistanın, 1,6 faizi İsveçrənin, 1,5 faizi Ukraynanın, 1,4 faizi Birləşmiş Krallığın, 1,3 faizi Kanadanın, 1,2 faizi Fransanın, hər biri 1,1 faiz olmaqla Hindistan və Braziliyanın, 0,9 faizi Özbəkistanın, hər biri 0,8 faiz olmaqla Qazaxıstan və Polşanın, 11,5 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, onlardan hazırlanan məmulatların, mineral məhsulların, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib.
Digər xəbərlər