NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər

...

Azərbaycanın batut gimnastları Çexiyanın Yablones nad Nisou şəhərində keçirilən 51-ci beynəlxalq dostluq yarışında finala yüksəliblər.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Əli Niftəliyevlə Ammar Baxşaliyev, Fərhad Mustafayevlə Ömər Qasımlı, Hüseyn Abbasovla Nicat Mirzəyevdən ibarət kişi, Ayan Şabanova ilə Samirə Hüseynovadan ibarət qadın cütlüyü sinxron proqramda həlledici mərhələyə vəsiqə qazanıblar.

Oktyabrın 11-də start götürən turnirə bu gün yekun vurulacaq.

Nəşr edilib : 12.10.2024 16:20