NAXÇIVAN :

06 Fevral 2026, Cümə

Azərbaycanın basketbol millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq

...

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
"Şərq qapısı"nın məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gələcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub - 49:87.

Nəşr edilib : 30.11.2025 10:15