NAXÇIVAN :

10 Iyul 2026, Cümə

Azərbaycandan tranzit keçməklə Ermənistana 470 ton propan və 339 ton gübrə göndərilib

...

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

"Şərq qapısı" xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 470 ton olan propan və 5 vaqondan ibarət, çəkisi 339 ton olan gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

12:01

Bu gün Azərbaycandan tranzit keçməklə 14 vaqondan ibarət, çəkisi 470 ton olan propan və 5 vaqondan ibarət, çəkisi 339 ton olan gübrə Rusiyadan Ermənistana göndəriləcək.

"Şərq qapısı" bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə isitiadən xəbər verir. Yük Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Nəşr edilib : 10.07.2026 16:22