BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin...
11:34 23.09.2026
0
0
0
“Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın nəticələri nəzərə alınmaqla, geoloji kəşfiyyat işlərinin aparıldığı ərazilərin ümumi əhatə dairəsinin 15 min kvadratkilometrə çatdırılması hədəflənib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Dövlət Proqramına əsasən, 2030-cu ilədək yeni faydalı qazıntı yataqlarının aşkar edilməsi, mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi və sənaye üçün etibarlı xammal bazasının formalaşdırılması, geoloji kəşfiyyat və mineral resursların qiymətləndirilməsi üzrə beynəlxalq hesabatlılıq standartlarının tətbiqi planlaşdırılır.
Eyni zamanda, Filizçay polimetal yatağı və Söyüdlü (Zod) qızıl yatağı daxil olmaqla, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, habelə ölkənin digər regionlarında yerləşən perspektivli yataqların istismara hazırlanması və filiz emalı imkanlarının genişləndirilməsi, metal filizlərinin hasilatı və emalı üzrə layihələrə yerli və xarici investisiyaların cəlb edilməsi hədəflənib.
Digər xəbərlər