NAXÇIVAN :

19 Oktyabr 2026, Bazar ertəsi

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

...

2026-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 3 milyard 257,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, xidmətlərin 987,1 milyon manatını (30,3 faizini) mobil telefon rabitəsi, 524,3 milyon manatını (16,1 faizini) internet, 558,8 milyon manatını (17,2 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 384,7 milyon manatını (11,8 faizini) informasiya, 802,2 milyon manatını (24,6 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətlərinin dəyəri real ifadədə 32,2 faiz, internet xidmətlərinin 21,5 faiz, informasiya xidmətlərinin 8,6 faiz, mobil telefon rabitəsi xidmətlərinin 3,3 faiz, digər informasiya və rabitə xidmətlərinin dəyəri isə 4,3 faiz artıb.

Nəşr edilib : 13.10.2026 15:29