NAXÇIVAN :

20 Iyun 2025, Cümə

Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçında səfərdədir

...

Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərinin nümayəndə heyəti Laçın Beynəlxalq Hava Limanına gəlib.

"Şərq qapısı" xəbər verir ki, diplomatik korpus nümayəndələrini daşıyan təyyarə səhər saatlarında hava limanına eniş edib.

Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Laçında aparılan bərpa işləri ilə əyani tanış olmaq imkanı əldə ediblər.

Nəşr edilib : 20.06.2025 09:14