NAXÇIVAN :

05 Yanvar 2025, Bazar

Azərbaycan XİN Monteneqroya başsağlığı verib

...

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Monteneqronun Çetinye şəhərində silahlı hücum nəticəsində insan tələfatı və yaralananlarla əlaqədar başsağlığı verib.
“Şərq qapısı” xəbər verir ki, bununla bağlı XİN-in "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
"Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzulayırıq", - nazirlik qeyd edib.

Nəşr edilib : 02.01.2025 15:51