NAXÇIVAN :

08 Avqust 2026, Şənbə

Azərbaycan XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib

...

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstandakı münaqişənin suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllinə tam dəstəyini təsdiqləyib.

"Şərq qapısı"  xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsində paylaşım edib.

“Azərbaycan Gürcüstanla strateji tərəfdaşlığını və yaxın qonşuluq münasibətlərini yüksək qiymətləndirir və iki ölkə arasında uzunmüddətli əlaqələrin daha da möhkəmləndirilməsinə sadiqdir”, – deyə paylaşımda bildirilib.

Nəşr edilib : 08.08.2026 08:10