NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Azərbaycan XİN: Ermənistan normallaşma və qarşıdurma arasında seçim etməlidir

...

Azərbaycan tərəfi Ermənistanı pozucu addımlardan əl çəkməyə, normallaşma prosesinin məntiqi sonluğa çatdırılması yolunda qalan əngəlləri, ilk növbədə bu ölkənin konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları dəyişmək istiqamətində siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.

Bu barədə məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyin Beynəlxalq Frankofoniya Təşkilatında Ermənistan və Fransanın təxribatçı addımlarının iflasa uğramasına dair bəyanatında yer alıb.

Qeyd olunub ki, Ermənistan tərəfi ya bu yolla normallaşma prosesini yekunlaşdırmaq ya da bütün müstəvilərdə qarşıdurmanı davam etdirmək arasında seçim etməlidir:

“Azərbaycan tərəfi özünün irəli sürdüyü və siyasi müdriklik və məsuliyyət hissi ilə ardıcıl şəkildə irəlilətdiyi normallaşma prosesinə sadiqdir”.

Nəşr edilib : 05.10.2024 23:03