Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, xə...
03:06 26.07.2026
0
0
0
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin əməkdaşı Elvin Sultanovun “Azərbaycan Xalq Cümhuriyyəti öz dövrünün Misir mətbuatında” adlı məqaləsi Misirin “əl-Əxbar əl-Məsai” və “əl-Aləm əl-Arabi”, həmçinin Əlcəzairin “Tariq əl-Harir” nəşrlərinin internet səhifələrində yayımlanıb.
İnstitutdan bildirilib ki, məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, siyasi vəziyyəti, əhalisi və ərazisi haqqında məlumat verilib.
Yazıda Misirin “əl-Əhram” qəzetinin 1919-cu 27 iyul il tarixli nömrəsində dərc edilmiş “Azərbaycan hökuməti və Parisdəki nümayəndə heyəti istiqlal tələb edir” sərlövhəli məqaləsindən bir hissə təqdim olunub, eyni zamanda, həmin yazıda yer alan bəzi məqamlara aydınlıq gətirilib.
Məqalədə vurğulanır ki, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıyıb və həmin dövrdə tanınan Azərbaycan ərazisinə Zəngəzur bölgəsi də daxil olub.
Bununla yanaşı, yazıda müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olduğu diqqətə çatdırılıb.
Digər xəbərlər