Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi: İql...
13:18 18.04.2026
0
0
0
Azərbaycan və Uqanda arasında qarşılıqlı ticari-iqtisadi əlaqələrin inkişafı müzakirə edilib.
"Şərq qapısı" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazirin birinci müavini Elnur Əliyevin Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba ilə keçirilən görüşündə aparılıb.
Görüşdə hər iki ölkənin qarşılıqlı ticari-iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğu vurğulanıb. İqtisadi münasibətlərin genişləndirilməsi, işbirliyi və investisiya imkanlarının araşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Enerji, kənd təsərrüfatı, mineral ehtiyatlar sahəsində birgə fəaliyyət imkanları, o cümlədən işgüzar dairələr arasında əlaqələrin qurulması məqsədilə birgə tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Digər xəbərlər