NAXÇIVAN :

24 Iyun 2025, Çərşənbə axşamı

Azərbaycan və Serbiya Hərbi Hava Qüvvələrinin mütəxəssisləri perspektiv imkanları müzakirə ediblər

...

Azərbaycanın Müdafiə Nazirliyi ilə Serbiyanın Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin “Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü” keçirilib.

"Şərq qapısı" xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, tərəflər Azərbaycan və Serbiya HHQ-lərinin cari vəziyyəti və perspektiv imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Mütəxəssis görüşü zamanı, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub və qarşılıqlı suallar cavablandırılıb.

Nəşr edilib : 24.06.2025 13:41