NAXÇIVAN :

02 May 2026, Şənbə

Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir

...

Bakıda “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” QSC-nin rəhbər heyətləri arasında görüş keçirilib.
"Şərq qapısı"xəbər verir ki,  ADY-dən bildirilib ki, görüşdə son illərdə iki ölkə arasında nəqliyyat, xüsusilə dəmir yolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin strateji iştirakçıları olan Azərbaycan və Qazaxıstanın beynəlxalq yükdaşımaların səmərəli və təhlükəsiz təşkili üçün həyata keçirdiyi işlər, Bakı Beynəlxalq Dəniz Limanı və Qazaxıstan limanları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Bundan əlavə, Qazaxıstan mənşəli məhsulların Bakı Limanında aşırılması, daha sonra dəmir yolu ilə Gürcüstan limanlarına və ya Bakı–Tbilisi–Qars xətti ilə Türkiyə və dünya bazarlarına nəqli imkanları barədə fikir mübadiləsi aparılıb, bunun yük axınlarının daha səmərəli idarə olunmasına və alternativ marşrutlara düşən yükün azalmasına töhfə verəcəyi bildirilib.

Nəşr edilib : 25.11.2025 19:10