NAXÇIVAN :

02 May 2026, Şənbə

Azərbaycan və Pakistan ticarətin genişləndirilməsini müzakirə edib

...

Azərbaycan və Pakistan ticarət sahəsində birgə fəaliyyətin genişləndirilməsini müzakirə edib.

"Şərq qapısı" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.

"Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşmək xoş oldu",- deyə nazir qeyd edib.

M. Cabbarov görüş zamanı iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinin vurğuladığını, həmçinin ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsinin aparıldığını əlavə edib.

 

Nəşr edilib : 25.11.2025 17:02