I Naxçıvan Beynəlxalq Tibb Günləri mütəxəssislərin...
14:42 24.09.2026
0
0
0
Şimali Makedoniyanın idman naziri Borko Ristovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra gənclər və idman naziri Fərid Qayıbov nümayəndə heyəti ilə görüşüb. Görüşdən əvvəl Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Şimali Makedoniya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Digər xəbərlər