Qazaxıstan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasını...
21:31 30.04.2025
0
0
0
NAXÇIVAN :
30 Aprel 2025, Çərşənbə
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclas Azərbaycan və Küveyt arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklər çərçivəsində bir tərəfdən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, digər tərəfdən Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhyanın sədrliyi və hər iki ölkənin nümayəndələrinin iştirakı ilə baş tutub.
Məlumata görə, iclasın əsas məqsədi Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin bütün səviyyələrdə gücləndirilməsi və möhkəmləndirilməsi təşkil edib. Bu münasibətlər qarşılıqlı hörmət və maraqlara, eləcə də qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər üzrə əlaqələndirmə işinin təşkilinə əsaslanır. İki ölkənin hökumətləri arasında mövcud olan Əməkdaşlıq üçün Birgə Komissiya müştərək iqtisadi prioritetlərin və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi istiqamətində davamlı dialoq platformasını təşkil edir.
Azərbaycan və Küveyt tərəfi iki dost ölkə arasında əlaqələrin uzunmüddətli inkişafını, qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, ticarət, investisiya, infrastruktur, yüksək texnologiyalar, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, səhiyyə, turizm, media və idman sahələrində əməkdaşlığın gücləndirilməsi üçün ortaq baxışların mövcudluğunu, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində konkret addımların atılmasının və işlərin koordinasiyasının əhəmiyyətini vurğulayıblar.
Komissiya əlavə tədbirlərin görülməsi vasitəsilə ticarət dövriyəsinin artırılması, iqtisadi əməkdaşlığın inkişafına nail olmaq, müştərək sənaye və texnologiya təşəbbüslərinə dəstək vermək, Azərbaycan və Küveyt arasında ticarət mübadiləsinin asanlaşdırılması üçün logistik xidmətləri təkmilləşdirmək barədə razılığa gəlib. Komissiya həmçinin enerji sferasında, o cümlədən neft və qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, iqtisadi resursların uzunmüddətli diversifikasiyasına dəstək verən təmiz enerji layihələri üzrə birgə təşəbbüslərin müəyyən edilməsinin əhəmiyyətini qeyd ediblər.
Küveyt tərəfi Azərbaycan tərəfini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyinə görə təbrik edib, bütün dünyadan geniştərkibli nümayəndələrin iştirakı ilə Azərbaycanın belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinin onun beynəlxalq səviyyədə xüsusi yerinin və qabaqcıl rolunun göstəricisi olduğunu vurğulayıb, habelə konfransın uğuru üçün əlverişli şəraitin yaradılması istiqamətində təşkilatçılıq tədbirlərini alqışlayıb. Tərəflər çoxtərəfli tərəfdaşlıq müstəvisində müxtəlif beynəlxalq forumlarda əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər.
Azərbaycan-Körfəz əməkdaşlığı müstəvisində Azərbaycan Körfəz Əməkdaşlıq Şurasının cari sessiyasına sədrlik edən Küveytin səylərini yüksək qiymətləndirib. Tərəflər sözügedən məsələlər çərçivəsində əməkdaşlığı və 2024-2028-ci illər üzrə Körfəz Əməkdaşlıq Şurası - Azərbaycan birgə iş planını həyata keçirmək niyyəti ilə çıxış ediblər.
Regional və beynəlxalq müstəvidə diqqət tələb edən bir çox məsələlər nəzərdən keçirilib, beynəlxalq təhlükəsizlik və sülhə nail olmaq istiqamətində fəaliyyətə dəstək göstərməyin əhəmiyyəti, münaqişələrin BMT nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin vacibliyi vurğulanıb. Azərbaycan və Küveyt bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək ilə bağlı öhdəliklərinə sadiq olduqlarını bir daha diqqətə çatdırıblar.
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının işinin sonunda iclasın təsdiq olunmuş protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri – növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb. Bu hər iki ölkənin bütün aidiyyəti qurumlarının strateji əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə fəaliyyətini, eləcə də əməkdaşlıq çərçivəsini, konkret prosedurları və 2025-2027-ci illər üzrə müddəti əhatə edir. Tərəflər həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar.
Yekunda tərəflər Birgə Komissiyanın dördüncü iclasının 2027-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər.
17:24
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasında iştirak və çıxış edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan XİN başçısı çıxışı zamanı iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat əlaqələri və logistika kimi əsas sahələr üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mövcud olan böyük potensialı vurğulayıb.
Həmçinin Azərbaycanın Küveyt ilə əlaqələrin dərinləşdirilməsinə və ortaq prioritetlərin real və uzunmüddətli nailiyyətlərə çevrilməsinə sadiqliyi xüsusi qeyd olunub.
Sonda Birgə Komissiyanın 3-cü iclası üzrə Protokol və 2025–2027-ci illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib.
Digər xəbərlər