NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

Azərbaycan və Çin arasında münasibətlər daha da inkişaf edəcək

...

Azərbaycanla Çin dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir.

Bu sözləri “Şərq qapısı” qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Şəhla Əhmədova deyib.

Deputat qeyd edib ki, aprelin 22-24-də Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli əlaqələrin daha da genişlənməsinə böyük təkan verir. Səfər çərçivəsində Çin sədri Si Cinpinin iştirakı ilə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədləri imzalanıb.

Səfər zamanı Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib və ölkələrimiz arasında münasibətləri yüksək dəyərləndirib. Qeyd edək ki, dövlət başçısının müsahibəsi həmin televiziya kanalında yayımlanıb. Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirib: “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm”.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır.

Azərbaycanın  qazandığı uğurlar hər ötən il daha da artır və xarici siyasətdə parlaq nəticələr bir-birini əvəz edir. Növbəti belə uğur Prezident İlham Əliyevin Çin Xalq Respublikasına  dövlət səfəri zamanı əldə edilib. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb və bu Bəyanatda Azərbaycan və Çin ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş də öz əksini tapıb” – deyə Şəhla Əhmədova bildirib.

Nəşr edilib : 28.04.2025 11:13