Naxçıvanda avtomobil piyadanı vurub
17:33 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan poçt administrasiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) ali qərarverici orqanı olan 28-ci konqresində iştirak edir. Hər 4 ildən bir keçirilən konqresdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktoru və müavini, həmçinin Poçt Əməliyyatları Şurası və Administrativ Şuranın sədrləri və üzvləri seçilir. Bu il Azərbaycan hər iki şuraya namizədliyini irəli sürərək seçkilərdə iştirak edir.
Konqres çərçivəsində ölkəmizin namizədliyinin dəstəklənməsi məqsədilə bir sıra görüşlər keçirilib, təbliğat və təşviqat işləri aparılıb. Şura seçkiləri tədbirin son günündə keçiriləcək.
Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov tədbir çərçivəsində ÜPİ rəhbər şəxsləri və bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib. Görüşlərdə mövcud əməkdaşlıq münasibətlərindən istifadə olunaraq Naxçıvanda poçt, logistika və rəqəmsal xidmətlərin inkişafı istiqamətində görülən işlər təqdim edilib, yeni tərəfdaşlıq imkanları müzakirə olunub.
Bu fəaliyyət Naxçıvan Muxtar Respublikasının beynəlxalq poçt şəbəkəsində mövqeyinin möhkəmləndirilməsi, regionun strateji əhəmiyyətinin vurğulanması və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Konqresin nəticələrinin qlobal poçt sektorunun inkişafına mühüm töhfələr verəcəyi, Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının bu prosesdə fəal iştirakı sayəsində beynəlxalq poçt və logistika sahəsində mövqelərinin daha da güclənəcəyi gözlənilir.
Naxçıvan Muxtar Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin mətbuat xidməti
Digər xəbərlər