Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov Tequ-Könbuk Beynəlxalq Mübadilə Assosiasiyasının üzvü olan Koreya – Azərbaycan Assosiasiyasının nümayəndələri ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin mətbuat xidməti bildirib.
“Tequ-Könbuk Beynəlxalq Mübadilə Assosiasiyasının (DGIEA) təşkilatçılığı ilə Tequ şəhərində keçirilən Dostluq Axşamında səfir Ramin Həsənov DGIEA-nın üzvü olan Koreya – Azərbaycan Assosiasiyasının üzvləri ilə görüş keçirib”, – məlumatda diqqətə çatdırılıb.
Xatırladaq ki, daha əvvəl Cənubi Koreyada Azərbaycanın turizm potensialı və turizm sahəsindəki imkanları təqdim edilmişdi.
Digər xəbərlər