NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqlim sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

...

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari ilə iqlim və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Azərbaycan səfirliyinin mətbuat xidməti bildirib.
“Səfir Əli Əlizadə İran İR vitse-prezidenti, İranın Ətraf Mühit Təşkilatının rəhbəri xanım Şina Ənsari ilə görüşüb, iqlim və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Səfir həmçinin İranda keçirilən “22-ci Beyn. Ətraf Mühit Sərgisi”ilə tanış olub”, – diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, ötən ay İranın vitse-prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdu.

Nəşr edilib : 21.12.2024 19:38