NAXÇIVAN :

06 Fevral 2026, Cümə

Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub

...

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub.
"Şərq qapısı"nın məlumatına görə, milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gəlib.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət milli ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub.
Qeyd edək ki, komandanın kapitanı İlahə Qədimova olub.

Nəşr edilib : 23.11.2025 22:13