NAXÇIVAN :

20 May 2025, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçuları üçün təlim keçirilib

...

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması) 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.
Belə ki, mayın 20-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə icra hakimiyyətinin inzibati binasında baş tutan təlimdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.
Keçirilən təlimdə təlimçi Gündüz Əhmədli “Vaxtın idarə edilməsi və effektiv planlama" mövzusunu əhatə edən məlumatları dinləyicilərin diqqətinə çatdırıb.
Təlim zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilib, müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 20.05.2025 17:47