NAXÇIVAN :

15 Mart 2025, Şənbə

Azərbaycan Qırğızıstan ilə Tacikistan arasındakı sərhəd anlaşmasını alqışlayır

...

Azərbaycan Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.
"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında paylaşım edilib. 
Bildirilib ki, bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır.
"Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik" - XİN-in paylaşımında vurğulanıb.

Nəşr edilib : 15.03.2025 11:33