Səlahiyyətli nümayəndə Babək rayonunda vətəndaşlar...
14:32 27.11.2024
0
0
0
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Pakistan baş nazirinin gənclər proqramının sədri Rana Məşhud Əhməd Xanla görüşüb.
Bu barədə pakistanlı məmurun sosial şəbəkə hesabında bildirilib.
“Sədr Rana Məşhud Əhməd Xan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti cənab Muxtar Babayevlə görüşüb”, – paylaşımda qeyd olunub.
Görüş zamanı tərəflər pakistanlı gənclərin COP29-da iştirakını, eləcə də gənclər tərəfindən irəli sürülən iqlim təşəbbüslərini, onların iqlim məsələləri üzrə qərarların qəbulunda iştirakını müzakirə ediblər.
Xatırladaq ki, daha əvvəl Muxtar Babayev Pakistanın Prezidenti Asif Əli Zərdarini Azərbaycan keçiriləcək COP29-a dəvət etmişdi.
Digər xəbərlər