Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Dekabrın 4-6-da Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) iştirakçı ölkələrinin nümayəndələri və müşahidəçiləri üçün turizm üzrə beynəlxalq təlim seminarı keçirilib.
"Şərq qapısı" Qazaxıstan Respublikası Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbir TDT-nin 10-cu Sammitinin qərarlarının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq təşkil olunub.
Seminarda Azərbaycan, Qırğızıstan, Özbəkistan və TDT Katibliyinin turizm sənayesi üzrə ekspertləri iştirak ediblər.
İştirakçılar Qazaxıstanda turizmin inkişafı, kadr hazırlığı, rəqəmsallaşma, böyük məlumatların emalı və digər məsələləri müzakirə ediblər. Onlar öz ölkələrinin turizm imkanlarını, eləcə də turizmin inkişafı sahəsində fikirlərini və təcrübələrini bölüşüblər.
Türküstan şəhərinə səfər zamanı iştirakçılar Beynəlxalq Turizm və Otelçilik Universitetinin idman klubunun, “Türküstan” telekanalının işi, Türküstan vilayətinin turizm klasterinin inkişafı, “Open Turkistan” turizm məlumat mərkəzinin fəaliyyəti ilə tanış olublar. Onlara Türküstan vilayətinin investisiya imkanları təqdim olunub.
Qonaqlar üçün Türküstan vilayətinin, Otrar və Sauran bölgələrinin görməli yerlərinə ekskursiya proqramı təşkil olunub.
Qeyd edək ki, Türküstan 2024-cü ildə Türk dünyasının turizm paytaxtıdır.
Digər xəbərlər