NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır

...

Azərbaycan tərəfi Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazır olduğunu bildirib.
“Şərq qapısı” Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ildə təxminən 1,2 milyon ton Qazaxıstan nefti nəql edilir.
Qazaxıstanın energetika nazirinin müşaviri, nazirliyin rəsmi nümayəndəsi Asel Serikpayevanın sözlərinə görə, iyul ayında Xəzər Boru Kəməri Konsorsiumunun neft qəbulunu müvəqqəti məhdudlaşdırması ilə əlaqədar neft həcmlərinin bir hissəsi digər nəql marşrutlarına, o cümlədən Aktau limanı istiqamətinə, Atasu-Alaşankou marşrutu ilə, həmçinin Atırau-Samara istiqamətinə yönləndirilib.
Əlavə ixrac marşrutları kimi Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə nəql, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən keçməklə daşınma, həmçinin Bakı–Supsa marşrutu nəzərdən keçirilir.

Nəşr edilib : 10.08.2026 23:45