NAXÇIVAN :

20 Sentyabr 2026, Bazar

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

...

Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım olunub.
“Qardaş Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.

Nəşr edilib : 20.09.2026 14:27