COP29-da Ermənistanın Azərbaycana qarşı törətdiyi ...
19:28 21.11.2024
0
0
0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Toqo Respublikasının Prezidenti For Essozimna Qna ilə görüşüb.
Dövlətimizin başçısı COP29 tədbirində iştirak etdiyi üçün Toqo Prezidentinə təşəkkürünü bildirdi.
For Essozimna Qna COP29-a dəvətə görə minnətdarlığını ifadə edərək bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri, o cümlədən Toqo ilə münasibətlərə böyük əhəmiyyət verir.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunuldu, təhsil, kənd təsərrüratı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Digər xəbərlər