NAXÇIVAN :

05 Iyun 2025, Cümə axşamı

Azərbaycan parlamenti büdcənin icrasını I oxunuşda müzakirə edir

...

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.

"Şərq qapısı" xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi I oxunuşda müzakirə edilir.

Ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur. Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır.

İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.

Nəşr edilib : 03.06.2025 11:16