NAXÇIVAN :

20 Noyabr 2026, Cümə

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

...

Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə dünya çempionatı start götürüb.

"Şərq qapısı" xəbər verir ki, K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/8 finalda hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Temirbek Kaulyet, yarımfinalda isə taypeyli Xiao Xianq-Ven üzərində qələbə qazanaraq finala yüksəlib.

20 yaşlı paralimpiyaçı finalda son Paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu tituluna yiyələnib.

Nəşr edilib : 20.11.2026 11:47