Ə.H.Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi ha...
12:08 28.11.2026
0
0
0
Xalqlarımızı ortaq tarix, dərin mənəvi yaxınlıq birləşdirir. Məhz ölkələrimizin liderləri bu yaxınlığa və qarşılıqlı etimada söykənərək Azərbaycan ilə Özbəkistan arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldiblər. Bu qərar əməkdaşlığımızın xarakterini uzun illər üçün müəyyənləşdirir.
"Şərq qapısı" xəbər verir ki, bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov noyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu prosesdə parlamentlərin də öz məsuliyyəti var. “Biz əldə olunmuş razılaşmaların qanunvericilik baxımından təmin edilməsinə və parlamentlərimiz arasında davamlı dialoqun dəstəklənməsinə öz töhfəmizi verməliyik. Bugünkü müzakirələrin praktiki əhəmiyyətini məhz bunda görürəm”, - deyə S.Seyidov qeyd edib.
Digər xəbərlər