NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Azərbaycan neftinin qiyməti 1,6% azalıb

...

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,53 dollar və ya 1,6% azalaraq 93,97 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 95,5 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Nəşr edilib : 14.08.2026 09:43