Azərbaycan neftinin qiyməti 104 dollara enib
09:57 05.09.2026
0
0
0
NAXÇIVAN :
05 Sentyabr 2026, Şənbə
İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti” baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tədbirdə Azərbaycanı Türkiyənin COP31 sədrliyinin Məşvərət Heyətinin üzvləri qismində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.
Tədbir çərçivəsində iqlim maliyyəsinə həsr olunmuş panel müzakirələri, yüksəksəviyyəli sessiyalar, dəyirmi masa görüşləri və müxtəlif tematik müzakirələr keçirilib.
Dövlət qurumlarının, çoxtərəfli inkişaf banklarının, beynəlxalq maliyyə institutlarının, investorların və özəl sektor nümayəndələrinin bir araya gəldiyi sammitdə iqlim maliyyəsi, iqlim dəyişikliyinə dayanıqlı şəhərlərin inkişafı, COP31-ə hazırlıq və digər aktual məsələlər müzakirə olunub.
Nazir müavini Yalçın Rəfiyev “İqlimə davamlı şəhərlərin iqlim maliyyəsi” mövzusunda dəyirmi-masa müzakirələrində moderator qismində iştirak və çıxış edib.
Nazir müavini çıxışında COP29 çərçivəsində İqlim Maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG), digər adı ilə Bakı Maliyyə Hədəfinə dair razılaşmanın əldə olunduğunu və ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələrə dəstəyin 2035-ci ilədək 1,3 trilyon ABŞ dollarına çatdırılmasını nəzərdə tutan uzunmüddətli maliyyələşdirmə məqsədinin müəyyənləşdirildiyini bildirib.
COP29-un Fəaliyyət Gündəliyində dayanıqlı şəhərlər mövzusunun əsas istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini vurğulayan Y.Rəfiyev bu çərçivədə Bakı Davamlılıq Koalisiyası və Dayanıqlı və Sağlam Şəhərlər üzrə Çoxsektorlu Fəaliyyət Yolları (MAP) təşəbbüsünün irəli sürüldüyünü qeyd edib.
Cari ilin may ayında Bakıda keçirilən 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) toxunan Yalçın Rəfiyev forumun şəhərlərin iqlim dayanıqlılığı gündəliyinin inkişafı baxımından mühüm nəticələr verdiyini vurğulayıb. O, əldə olunan nəticələrin davamlılığının təmin edilməsi baxımından ölkəmizdə növbəti həftə keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsinin əhəmiyyətini qeyd edib.
M.Babayev və Y.Rəfiyev, həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun sədrliyi ilə keçirilən “İqlim öhdəliklərinin yerinə yetirilməsi körpüsü: İcra və maliyyələşmə üçün yüksək səviyyəli yol xəritəsi” adlı yüksəksəviyyəli sessiyada da çıxış edib və COP29-un tarixi nəticələrinin iqlim maliyyələşməsi mövzusunda qlobal müzakirələrə verdiyi töhfəni diqqətə çatdırıblar.
Digər xəbərlər