Qəbələ ərazisində arxeoloji araşdırmalar genişlənd...
20:37 15.07.2026
0
0
0
Azərbaycanın idman dırmanması üzrə gənclərdən ibarət milli komandası ilk dəfə dünya çempionatında iştirak edəcək.
"Şərq qapısı" xəbər verir ki, yarış iyulun 18-dən 25-dək İtaliyanın Arco şəhərindəki “Rock Master Climbing Stadium”da keçiriləcək.
Dünya çempionatı U-17 və U-19 yaş kateqoriyaları üzrə boulder, lead və speed növlərində təşkil olunur və gənc idmançılar üçün ən nüfuzlu beynəlxalq yarışlardan biri hesab edilir.
Bu iştirak ölkədə alpinizm və idman dırmanmasının inkişafı baxımından mühüm mərhələ olmaqla yanaşı, gənc idmançılar üçün beynəlxalq təcrübə qazanmaq, dünyanın ən güclü rəqibləri ilə yarışmaq və Azərbaycanı yüksək səviyyədə təmsil etmək imkanı yaradacaq.
Dünya idman dırmanmasının əsas mərkəzlərindən biri sayılan Arco şəhəri uzun illərdir nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. Bu il keçiriləcək dünya çempionatında 60-a yaxın ölkədən 650-yə yaxın idmançının iştirakı gözlənilir.
Digər xəbərlər