Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc ...
22:33 06.08.2026
0
0
0
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Türkmənistanın Özbəkistandakı səfiri Şadurdı Meredovla nəzakət görüşü keçirib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə səfir özünün "X" sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Özbəkistanda akkreditə olunmuş diplomatik nümayəndəliklər arasında əməkdaşlığın davam etdirilməsinin və əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Digər xəbərlər