NAXÇIVAN :

21 Iyul 2026, Çərşənbə axşamı

Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

...

Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynovla Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Nodirbek Sayfullayev arasında görüş təşkil olunub. Görüş Özbəkistanın Mədəniyyət Nazirliyində keçirilib.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, görüşdə mədəni-humanitar əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Murad Hüseynov həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək onu XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına dəvət edib.

Tərəflər qarşılıqlı Kino Günlərinin təşkili, şəhərlər arasında birbaşa mədəni əlaqələrin qurulması, eləcə də birgə musiqi kollektivlərinin yaradılması və ortaq konsert proqramlarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 20.07.2026 17:02