Nazir Ceyhun Bayramov Taylanda işgüzar səfərə yola...
09:21 19.04.2026
0
0
0
Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar Ayman Əs-Səfadi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərq bölgəsində vəziyyət müzakirə olunub.
Azərbaycan ilə İordaniya arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin daha da artırılmasının vacibliyi vurğulanıb. Ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQƏM və digər çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dostluq və həmrəyliyə əsaslanan dəstəyin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.
Görüş zamanı Nazirlər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini ətraflı müzakirə ediblər.
Tərəflər böhranın yalnız siyasi və diplomatik vasitələrlə həllinin mümkün olduğunu bildirərək, dialoq və danışıqların uğurla nəticələnəcəyinə ümidvar olduqlarını bildiriblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər