NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Azərbaycan ilə Estoniya arasında biznes forumların keçirilməsi barədə fikir mübadiləsi aparılıb

...

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyanın iqtisadiyyat və sənaye naziri Liina Vahtras ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, görüşdə Estoniyanın IT şirkətlərinin ölkəmizə cəlb olunması, onların yerli şirkətlərlə əməkdaşlığının təşviqi və Azərbaycanda biznes fəaliyyətinin genişləndirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı biznes forumlarının və digər birgə tədbirlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 05.11.2026 17:39