NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Azərbaycan əhalisinin sayı açıqlanıb

...

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin sayı 44 min 119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 224 min 889 nəfərə çatıb.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri təşkil edir. Azərbaycanda əhalinin 49,8 faizini kişi, 50,2 faizi isə qadındır.

Nəşr edilib : 17.02.2025 18:04