2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçıla...
15:47 06.10.2026
0
0
0
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
"Şərq qapısı" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada italiyalı Leonardo Valeriyanini məğlub edərək buna nail olub.
Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.
Digər xəbərlər