Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
NAXÇIVAN :
24 Noyabr 2024, Bazar
COP29 çərçivəsində Energetika Nazirliyi, Çinin “China Southern Power Grid International (Hong Kong) Co.,Ltd” və “Powerchina Huadong Engineerıng Corporation Limited” şirkətləri arasında enerji saxlanması sahəsində Anlaşma Memorandumu imzalanıb.
"Şərq qapısı" Energetika Nazirliyinə istinadən xəbər verir ki, sənəd nasoslu hidroakkumulyasiya sistemi (PHS), batareya enerji saxlama sistemi (BESS), yüksək gərginlikli birbaşa cərəyan ötürmə sistemi (HVDC) və digər alternativ enerji ötürmə, paylama, şəbəkə rəqəmsallaşdırma texnologiyaları kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Memoranduma əsasən, həyata keçiriləcək fəaliyyətlərin səmərəliliyini təmin etmək, koordinasiyanı gücləndirmək və proseslərə nəzarət məqsədilə İdarəetmə Komitəsi və İşçi qrupu yaradılacaq.
İmzalanma mərasimindən əvvəl energetika naziri Pərviz Şahbazovla şirkətlərin vitse-prezidentləri Fan Yaliang, Liu Shaoquan və Zhu Bonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş də olub.
Görüşdə Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərindən bəhs edilərək, Memorandum çərçivəsində bərpa olunan enerji və enerji saxlanması texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanın yaşıl enerji istehsalını artırmaq, regionda və dünyada enerji dəhlizlərinin inkişafını təşviq etmək üzrə səyləri qeyd edilib. Çin şirkətlərinin bu prosesdə iştirakı müasir texnologiyaların tətbiqi və innovativ həllərin inteqrasiyası kontekstində dəyərləndirilib.
Digər xəbərlər