NAXÇIVAN :

04 Noyabr 2026, Çərşənbə

Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb

...

2028-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində noyabrın 5-də Azərbaycan millisi ilk ev oyununu keçirəcək.

"Şərq qapısı" xəbər verir ki, XII qrupda yer alan yığma Lənkəran Olimpiya İdman Kompleksində Çexiya komandası ilə qarşılaşacaq.

Saat 16:00-da başlayacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Çiara Perona, ikinci hakim Martina Pikkolo, üçüncü hakim isə Simone Zanfino olacaq. Qarşılaşmanın “timekeeper”i İmran Məhərrəmov (Azərbaycan), hakim-inspektoru Viktor van Helvoirt (Niderland), UEFA nümayəndəsi isə Andrey Miadzvedzeu (Belarus) olacaq.

Nəşr edilib : 04.11.2026 10:24