NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan Baltik regionunun ən böyük sərgisində öz məhsullarını təqdim edib

...

Azərbaycan məhsulları Latviyada Baltik regionunun ən böyük qida sənayesi sərgisi olan "Riga Food 2025"də təqdim edilib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin sosial şəbəkələrdəki səhifəsində bildirilib.
Məlumata əsasən, sərgi sentyabrın 4-6-da Kipsaladakı Beynəlxalq Sərgi Mərkəzində keçirilib.
Tədbir zamanı Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Armands Krauze Azərbaycan stendini ziyarət edib və təqdim olunan məhsullarla tanış olub.

Nəşr edilib : 05.09.2025 19:46